![]() |
18.05.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 16 may 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” idman olimpiya mərkəzinin təşkilatçılığı ilə bədii gimnastika üzrə birinci açıq kubok keçirilmişdir. Yarışın açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, respublikamızın 11 bədii gimnastika klubunun rəhbərləri, tanınmış idmançılar iştirak etmişlər. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini >>> |
![]() |
13.05.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindənkülli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınmış,ümumilikdə 18 kiloqrama yaxın narkotik vasitə saxlanılmışdır. Belə ki, 10 may 2015-ci il tarixdə saat 00:45 radələrində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd >>> |
![]() |
07.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 6-da Dövlət Sərhəd Xidmətinin Aparatında xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov və millət vəkili Aydın Mirzəzadə çıxış edərək görkəmli dövlət xadimi, dərin zəkaya və analtik təfəkkürə >>> |
![]() |
07.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 4-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında alman faşizmi üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xətai rayonunun Veteranlar Şurasının nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən çox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə >>> |
![]() |
07.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin aprel ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxlanılmışdır. Onların 24 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri İran >>> |
![]() |
06.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2015-ci ilin 4-6 may tarixlərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi –Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak etmişdir. Nümayəndə heyəti tədbirin pavilyonlarına baxış keçirərək, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıqlar istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə >>> |
![]() |
04.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 21-də saat 11:00-da Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Şəmkir, Samux, Ağstafa və Qazax rayon sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları may ayının 19-dək Dövlət Sərhəd >>> |
![]() |
02.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 1-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Jandarma Qüvvələrinin Qərargah rəisi korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Geçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə >>> |
![]() |
01.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2015-ci ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəsi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Geniş tərkibdə keçirilən görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəsi >>> |
![]() |
28.04.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Aprelin 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci il dönümü münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək abidənin önünə tər çiçək dəstələri düzmüşlər. Daha sonra tədbir iştirakçıları Dövlət Sərhəd >>> |
![]() |
27.04.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin qanunsuz yolla Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınmış,ümumilikdə 11,4 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Belə ki, 17 aprel 2015-ci il tarixdə səhər saat beş radələrində Cəlilabad rayonunun Dələli >>> |
![]() |
18.04.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. 17 aprel 2015-ci il tarixdə səhər saat beş radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 2 kq heroinin və >>> |
![]() |
16.04.2015 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinləri ilə görüşmüşdür. Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə >>> |
![]() |
14.04.2015 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı Cari ilin aprel ayının 13-də Naxçıvan şəhərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri geniş tərkibdə nümayəndə heyətlərinin gorüşü keçirilmişdir. Gorüş zamanı Azərbaycan-İran dovlət sərhədində, dovlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət və onun inkişaf tendensiyaları >>> |
![]() |
14.04.2015 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Aparatında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib. Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz >>> |
![]() |
03.04.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxlanılmışdır. Onların 24 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, >>> |
![]() |
31.03.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 30 mart 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” idman olimpiya mərkəzinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Karate-do Federasiyaları assosiasiyası və Azərbaycan Respublikası Milli Karate Federasiyası ilə birgə təşkil etdiyi uşaq, yeniyetmə və gənclər arasında karate üzrə birinci açıq respublika çempionatı keçirilmişdir. Çempionatın açılış mərasimində Dövlət Sərhəd Xidməti >>> |
![]() |
31.03.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətində 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilmişdir. 30 mart 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən anım mərasiminin iştirakçıları öncə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olmuşlar. Tədbirin rəsmi hissəsi soyqrım qurbanlarının xatirəsinin bir >>> |
![]() |
30.03.2015 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı Aprel ayının 15-də saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 13-dək Dövlət Sərhəd >>> |
![]() |
19.03.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı Bir sıra xəbər saytlarında “ölkə.az” saytına istinadla Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzində 18.03.2015-ci il tarixində futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan və Belçika komandaları arasinda görüş başa çatdıqdan sonra futbolçularla qələbə sevincini bölüşən azərkeşlərin söykəndiyi dəmir məhəccərin qopması nəticəsində 25-30 nəfər azərkeşin yüngül >>> |
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |