![]() |
25.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılır. 25 fevral 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi >>> |
![]() |
24.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Sərhəd Xidmətinin Direktoru polkovnik Darxan Dilmanovun rəhbərlik etdiyi nümayəndə heyəti 22 fevral 2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlmişdir. Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Zərifə >>> |
![]() |
22.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 21 fеvrаl 2016-cı il tаrixdə Dövlət Sərhəd Xidmətinin Sаhil Mühаfizəsinin əməkdаşlаrı tərəfindən iki insаn cəsədi аşkаr еdilmişdir. Sааt 16:30 rаdələrindəXəzər rаyоnunun Hövsаn kəndi ərаzisindəki sаhil nəzаrət məntəqəsinin xidməti sаhəsində Xəzər dənizinin sаhil xəttinə bаxış kеçirən sərhəd nаryаdı tərəfindən sаhildə Sədərək rаyоn sаkini, 1932-ci il təvəllüdlü Qаfаrоv Sаlmаn Hüsеyn оğlunun >>> |
![]() |
22.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakı şəhərində cinayət hadisəsinin qarşısı alınmışdır. 20 fevral 2016-cı il tarixdə saat 06:00 radələrində Dövlət Sərhəd Xidmətinin Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini müşahidə >>> |
![]() |
19.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Fevral ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak etmişdir. Tədbir iştirakçıları öncə Heydər Əliyev İdeoloji Mərkəzinə və Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxış keçirmişlər. Dövlət Sərhəd Xidmətinin Nümunəvi >>> |
![]() |
18.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev fevral ayının 18-də Lənkəran Sərhəd Dəstəsində >>> |
![]() |
15.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2016-cı ilin 11 fevral tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilmişdir. Bu >>> |
![]() |
12.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər. 09 fevral 2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng >>> |
![]() |
11.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. Ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanılmışdır. Onların 16 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Banqladeş, >>> |
![]() |
10.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Qusar rayonunda ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev fevralın 9-da Qusar rayon ictimaiyyətinin nümayəndələri və yerli iş adamları ilə görüşmüşdür. Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Qusar >>> |
![]() |
08.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər. 29 yanvar 2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə >>> |
![]() |
06.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Fevral ayının 18-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevral ayının 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında >>> |
![]() |
05.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti ölkəmizin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir. 2016-cı ilin fevral ayının 4-də Şəki Sərhəd Dəstəsində yeni inşa edilmiş “Laza” sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən >>> |
![]() |
29.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Yanvar ayının 28-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə akademiyanın rəisi general-mayor Araz Məmmədov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və “İrəli” İctimai Birliyini sədri Mirhəsən Seyidov çıxış edərək müstəqilliyimizin ilk illərində dövlət qayğısından məhrum olan gənclərin ictimai-siyasi proseslərə daha fəal >>> |
![]() |
20.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nə-zarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər. 16 yanvar 2016-cı il tarixdə, saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir ədəd qayığın 3 >>> |
![]() |
19.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 19 yanvar 2016-cı il tarixdə Dövlət Sərhəd Xidməti Aparatında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Öncə tədbir iştirakçıları faciənin ildönümü münasibətilə hazırlanmış sərgiyə tamaşa etmişlər. Tədbirin rəsmi hissəsində şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimində iştirak edən AMEA-nın tarix institutunun direktor >>> |
![]() |
19.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır. 16 yanvar 2016-cı il tarixdə saat 01:00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici >>> |
![]() |
18.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. Ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılmışdır. Onların 21 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Banqladeş, >>> |
![]() |
16.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilməkdədir. 15.01.2016-cı il tarixdə saat 02:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə >>> |
![]() |
14.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 14 yanvar 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri >>> |
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |