Xəbərlərin və Press-relizlər arxivi
Xəbərləri Tarixə görə axtarış sistemi:

-
zaman aralığında axtarın.
26.05.2022, 18:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar etmişdir. İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir. Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə >>>
25.05.2022, 15:52 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 25-də Dövlət Sərhəd Xidmətinin Aparatında istefada olan sərhədçi general-mayor Abbasəli Ramazan oğlu Novruzovun anadan olmasının 85 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Yubiley tədbirində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər şəxslər, qurumun şəxsi heyəti, həmçinin istefada olan sərhədçi general-leytenant İnayət Xəlilov və general-mayor İsgəndər >>>
23.05.2022, 15:32 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan sərhədçiləri milli və beynəlxalq statuslu mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil edərək bu sahəyə öz töhfələrini verməkdə davam edirlər.    May ayının 20-dən 22-ə dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində 200 idmançının iştirakı ilə 12 çəki dərəcəsində keçirilən kikboksinq üzrə respublika birinciliyində mayor Fuad Zeynalovun yetirmələri yüksək >>>
23.05.2022, 15:02 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. May ayının 23-də saat 00:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin >>>
21.05.2022, 12:02 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin  təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə sahə­sində fəaliyyətlər davam etdirilir. May ayının 21-də saat 02:12 radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar >>>
20.05.2022, 10:02 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində ənənəvi “Sərhəd” hərbi-idman oyunları keçirilir. Hərbi-idman oyunlarının məqsədi məktəblilərin hərbi-fiziki hazırlı­ğının inkişaf etdirilməsi, ölkəmizin gələcək müdafiəçilərinin vətənpərvər ruhda yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarına töhfə verməkdir. >>>
18.05.2022, 15:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 18-də Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissə­sində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır. Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyə­ti sırasına daxil olmalarının sərhəd mühafizəsi >>>
18.05.2022, 12:41 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından >>>
17.05.2022, 16:43 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 17-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində kursantlar arasında estafet yarışı keçirilmişdir.   Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyən­ləşdirdiyi milli sərhəd strategi­yasının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin >>>
16.05.2022, 16:35 - Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi Kraliça II Yelizavetaya təqdim olunub. 12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Res­publikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib. “Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər >>>
16.05.2022, 13:29 - Qarabağ atlarına fantastik vurğunluq: milli mədəniyyət incilərimiz britaniyalıların qəlbini fəth edir. Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral At­çılıq Şousu” 2022-ci ilin 12 may tarixində start götürmüşdür. 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəl­xalq at­çılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilmiş, nümayəndə heyəti­mizin >>>
13.05.2022, 14:29 -“Vindzor Kral Atçılıq Şousu”nun birinci günündə Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub. 12 may 2022-ci il tarixdə Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı baş tutub. Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 baş Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb. 5000 >>>
11.05.2022, 12:59 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əmək­daşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır. May ayının 6-da saat >>>
11.05.2022, 11:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində  yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar etmişdir. Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.   Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi >>>
10.05.2022, 16:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə tədbirlər keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzmüşlər. Sonra görkəmli oftalmoloq Zərifə >>>
10.05.2022, 16:27 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 10-da Dövlət Sər­həd Xidməti Akade­miyasının 11-ci buraxılışı münasibətilə təntənəli məra­sim keçiril­miş­dir. Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər. Dövlət Bayrağı Meydanında təşkil edilmiş təntənəli məra­simdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının mey­dana >>>
05.05.2022, 11:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınmışdır. May ayının 1-də saat 00:15 >>>
04.05.2022, 11:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən 2022-ci ilin aprel ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi,qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya­, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilmişdir.  Ay ərzində 1 halda Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisin­dən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının dövlət sərhədini keçmək cəhdinin >>>
03.05.2022, 12:45 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mü­hafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və əməliyyat tədbirləri davam etdirilir. Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiy­yəti >>>
28.04.2022, 15:24 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 49 kiloqram 555 qram narkotik vasitəyə, 3000 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan >>>