![]() |
30.03.2020, 21:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 30 mart tarixində 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı >>> |
![]() |
29.03.2020, 16:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olmuşlar. Hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş >>> |
![]() |
27.03.2020, 12:50 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulmuşdur. Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı >>> |
![]() |
25.03.2020, 14:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş rejimində həyata keçirilir. Ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri dövlət sərhədindən buraxılış məntəqələrində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında >>> |
![]() |
20.03.2020, 14:35 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. 2020-ci ilin 19 mart tarixində 22:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran >>> |
![]() |
20.03.2020, 08:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2020-ci ilin 19 mart tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlamış və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Novruz” bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik >>> |
![]() |
17.03.2020, 09:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində 16-58 qısa nömrəli qaynar xətt xidməti fəaliyyətə başlamışdır. Sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün- >>> |
![]() |
16.03.2020, 11:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 >>> |
![]() |
14.03.2020, 17:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 14 mart tarixində 13:30-dan 14:00-dək Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı >>> |
![]() |
13.03.2020, 13:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 13 mart tarixində 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub. >>> |
![]() |
08.03.2020, 18:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 08 mart tarixində 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz ER-nın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulmuşdur. Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin >>> |
![]() |
07.03.2020, 11:05 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2020-ci ilin 07 mart tarixində saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanmış, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmamışdır. >>> |
![]() |
06.03.2020, 11:23 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir. Mart >>> |
![]() |
05.03.2020, 21:42 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir. 2020-ci ilin 05 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulmuşdur. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax >>> |
![]() |
02.03.2019, 15:55 - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat mərkəzlərinin BIRGƏ MƏLUMATI Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşmişdir. 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş >>> |
![]() |
28.02.2020, 09:43 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidində məhdudiyyətlərin tətbiq olunması barədə yanlış məlumatlar yayılmaqdadır. Bununla əlaqədar olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyildir və reallığı əks etdirmir. Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə >>> |
![]() |
27.02.2020, 16:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 27 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri general-leytenant Asif Cəbrayılov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə >>> |
![]() |
26.02.2020, 17:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyə Respublikasından Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilmişdir. Mövcud vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən >>> |
![]() |
26.02.2020, 17:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Cari ilin 23 fevral tarixində, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası >>> |
![]() |
26.02.2020, 10:47 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün struktur qurumlarında, hərbi hissələrində və sərhəd bölmələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Dövlət Sərhəd Xidmətinin Siyasi Repressiya Qurbanları Muzeyində, Azərbaycan Milli İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində keçirilən tədbirlərdə Dövlət Sərhəd Xidmətinin zabit, gizir, kursant heyəti iştirak etmiş, dəhşətli >>> |
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |