![]() |
05.04.2021, 09:37 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. DSX əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. 3 aprel tarixində, saat 22:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun >>> |
![]() |
04.04.2021, 09:50 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. 2021-cu ilin 04 aprel tarixində saat 06:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin >>> |
![]() |
01.04.2021, 14:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasınınərazi bütövlüyü təmin edildikdən və Ermənistan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir. Aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində >>> |
![]() |
29.03.2021, 16:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayığlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 45 kiloqram narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. >>> |
![]() |
26.03.2021, 19:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilmişdir. Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının >>> |
![]() |
19.03.2021, 16:26 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Mart ayının 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlamışdır. Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini >>> |
![]() |
12.03.2021, 18:22 - 2021-ci ilin 12 mart tarixində Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonu ərazisində yeni hərbi hissəsinin açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyevin ÇIXIŞI Cənab generallar! Cənab zabitlər, gizirlər, çavuşlar və əsgərlər! Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabr tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “DƏMİR YUMRUQ” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş və 44 >>> |
![]() |
12.03.2021, 18:06 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşının tarixi zəfərlə başa çatması sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, ölkə ərazisi, o cümlədən də Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun >>> |
![]() |
11.03.2021, 10:38 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Son günlərdə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 30 kiloqram narkotik vasitənin, psixotrop və güclü təsirli maddələrin, eləcə də silah-sursatın dövlət sərhədindən qaçaqmalçılıq yolu >>> |
![]() |
06.03.2021, 11:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə dövlət başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidmət, >>> |
![]() |
05.03.2021, 15:53 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 2021-ci il martın 5-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi >>> |
![]() |
26.02.2021, 12:52 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə XX əsrin sonlarından başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq >>> |
![]() |
23.02.2021, 16:04 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. 22 fevral tarixində, saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun >>> |
![]() |
19.02.2021, 12:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Fevral ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə >>> |
![]() |
10.02.2021, 09:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilmişdir. Belə ki, həmin gün DSX-nin >>> |
![]() |
08.02.2021, 12:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Fevral ayının 7-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunmuşdur. Sərhəd >>> |
![]() |
05.02.2021, 12:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Fevral ayının 4-də Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılmışdır. Mərasimdə çıxış edənlər tədbirin ölkəmizdə Vətən Müharibəsində möhtəşəm qələbənin coşqusunun yaşandığı və şəhidlərin >>> |
![]() |
02.02.2021, 09:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir. Ermənistan Silahlı Qüvvələrinin dövlət >>> |
![]() |
02.02.2021, 09:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 02 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan >>> |
![]() |
01.02.2021, 14:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. >>> |
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |