Xəbərlərin və Press-relizlər arxivi
Xəbərləri Tarixə görə axtarış sistemi:

-
zaman aralığında axtarın.
30.11.2021, 12:11 - Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatı Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.  Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri >>>
25.11.2021, 11:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətində dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Hərbi hissə və bölmələrdə təşkil olunan tədbirlərdə, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin         nü­mayəndələri iştirak edirlər. Noyabr ayının 24-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Milli Elmlər >>>
23.11.2021, 10:23 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.    Noyabr ayının 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi >>>
22.11.2021, 10:41 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş təşkil edilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzmüşlər. Dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin bötüvlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Vətən >>>
20.11.2021, 10:59 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq noyabr ayının 19-da DSX-nın Sərhəd Nəzarətində ”Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzu­sunda seminar keçirilmişdir. Seminarda iştirak edən hərbi qulluqçular və dəvət olunmuş qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən >>>
19.11.2021, 11:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal altındakı sərhədlərimizin azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir. Bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində >>>
17.11.2021, 23:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar etmişdir. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi >>>
16.11.2021, 11:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində qəh­rəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilmişdir. Baş leytenant Nəhmətov Ceyhun Ehtiqad oğlu, leytenant Əbdürrəhimli Habil Qabil oğlu, kiçik gizir İbrahimli Nail Nəriman oğlu, əsgər Qasımov Murtaza Elman oğlu və əsgər Hüseynov Vüsal Yahya oğlunun >>>
13.11.2021, 15:10 - Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Res­publikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­lər davam etdirilir. Son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti böl­mələri tə­rəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə­lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq >>>
13.11.2021, 09:55 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Noyabr ayının 12-də Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoq­ramı şəxsi heyətə çatdırılmışdır. Tədbirdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları >>>
11.11.2021, 09:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində qəh­rəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilmişdir. Gizir Əliyev Rüfət Füzuli oğlu, kiçik gizir Quluzadə Orxan Elxan oğlu, kiçik gizir Şükürov Alim Davud oğlu, kiçik gizir Qasımov Mirağa Hafis oğlu, əsgər Quliyev Mehtab Ənvər oğlu, >>>
07.11.2021, 13:50 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Mü­zəf­fər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qalibiyyətimizin, xalqımızın yenilməzliyinin, Silahlı Qüvvə­lə­ri­mizin qüdrətinin təntənəsi olan Zəfər Gününü sərhədçilər yüksək əhval ru­hiy­yə və böyük coşqu ilə qarşılayırlar.    Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Hey­dər Əliyevin xati­rəsini ehtiramla anmış, məzarı önünə əklil və >>>
05.11.2021, 16:41 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində 5 noyabr tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurum­ları arasında futzal və stolüstü tennis üzrə yarışların final oyunları keçirilmişdir.    Tədbirin açılışında Dövlət Sərhəd >>>
04.11.2021-ci il, 21:15 - Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatı Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası almış, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə >>>
04.11.2021, 16:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.   Vətən müharibəsi qəhrəmanları şəhid baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir Novruzov Amin Tacəddin oğlunun boya-başa çatdıqları rayonlarda təşkil edilmişanım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəsmiləri, >>>
04.11.2021, 15:14 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər  qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə sahəsində zəruri tədbirlər davam etdirilir. Oktyabr ayının 29-da saat 11:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində >>>
03.11.2021, 10:16 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaq­ları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir. Şəhid kapitan Meydanov Elməddin Bahəddin oğlu, leytenant Abbasov Murtuz Çingiz  oğlu, gizir Səmədov Nicat Şahin oğlu, kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu, əsgər İskəndərli Səbuhi Yaşar oğlu, əsgər >>>
27.10.2021, 16:43 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı 27 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək hər bir sərhədçinin Azərbaycan Respubli­kasının Prezi­den­ti, milli dövlətçilik tariximizin ən böyük >>>
26.10.2021, 14:14 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaq­ları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir. Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu, gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu, kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu, kiçik gizir İbrahimov Elnur Dönməz oğlu, kiçik gizir İbrahimov Sultan Mikayıl >>>
26.10.2021, 09:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı   Oktyabr ayının 25-də ilk Azərbaycanlı sərhədçi general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. General-mayor Mustafa Nəsirovun II Fəxri Xiyabanda məzarı ziyarət olunduq­dan sonra onun ailə üzv­ləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, istefada olan generallar və Dövlət Sərhəd Xidmətinin >>>