+
-
21.05.2020
21.05.2020, 15:35 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2020-ci ilin 21 may tarixində BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yer­lə­şən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçi­riən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında na­sazlıq yaranmış və idarəetməni itirməsi səbəbindən aparat külə­yin təsiri ilə açıq dənizə doğru səmtlənmişdir.

“Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında  köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fizəsinə müraciət etmişdir.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış təd­birlərinə cəlb edilmiş və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınmış və təh­lükəsiz yerə gətirilmişdir.

       

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw