+
-
12.08.2019
12.08.2019, 15:02- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl olaraq mühüm tədbirlər həyata keçirir.

Bu tədbirlərin davamı olaraq 10 - 11 avqust 2019-cu il tarıxlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə Açıq Kubok yarışı keçirilmişdir. Yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 30 komandadan 250 idmançısı müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamışlar.

Yarışın təntənəli açılış mərasimində çıxış edənlər müstəqil, müasir Azərbay­can dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə qеyd еtmiş, Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın yuksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən yerli və beynəlxalq idman yarışlarının Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, möhtəşəm yarışları keçirmək bacarığını, qazanılan qələbələrin isə ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının bariz nümünəsi olmasını xüsus olaraq vurğulanmışlar.

Keçirilən yarışda “Sərhədçi” komandası 15 idmançısı ilə iştirak etmiş və gərgin mübarizə şəraitində keçən yarışda 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazanaraq kuboka sahib olmuşlar.

İdmançilarımızdan Mahir Məmmədov (48 kq), Camal Qasımov (55 kq), Zeyqəm Qurbanov (65 kq), Əli Əmirov (80 kq), Xəlil Allahverdiyev (92 kq), Murad Bəhlulzadə (110 kq) müxtəlif çəkilər üzrə yarışın ən yüksək pilləsinə layiq görülmüşlər

Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən yarışın sonunda idmançıların təltiflənmə mərasimi keçirilmişdir.

 

                                                Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

 

f tw