08.03.2019, 09:43 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 8 Mart -Beynəl­xalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Martın 7-də Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahıl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram təbriki sərhədçi qadınlara çatdırılmış, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin qadınların cəmiy­yətimiz­dəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, uşaqların sağlam böyümə­sinə, azərbaycanlı ailələrin xoşbəxtliyinə göstərdiyi diqqət və qayğıdan, bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfin­dən uğurla davam və inkişaf etdirilməsindən, qadınlarımızın müstəqil Azərbaycan dövlətinin inkişafındakı xüsusi xidmətlərindən danışılmışdır.

Gözəllik, sədaqət və ismət rəmzinə çevrilmiş, istedadlı və fədakar Azərbaycan qadınlarının mədə­niy­yətimizin, xalqımızın mili varlığını müəyyən edən mənəvi dəyərlərimizin, adət-ənənə­lə­ri­mi­zin qorunub saxlanmasında və müasir dövrdə yaşadıl­masında əvəzsiz xidmətləri ilə yanaşı, ordu qrucu­luğunda da fəal iştirak etmələri, Vətənimizin sər­həd­lərinin mühafizəsi kimi çətin və şərəfli vəzifənin yerinə yetiril­mə­sində qadın hərbi qulluqçuların əzmkarlıq göstər­məsi, xidməti vəzi­fələrinin öhdəsindən layiqincə gəlmələri qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin  ictimai - siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanması xüsusi vurğulanmışdır.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəsinin müavini general-leytenant  A.Ələkbərov sərhədçi qadınları təbrik etmiş, onlara xoşbəxt və firavan həyat, xidmətdə və şəxsi həyatlarında uğurlar arzulamışdır.

Tədbirin sonunda xidmətdə fərqlənmiş sərhədçi qadınlara mükafat­lar təqdim olunmuşdur.

 

                                          Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80