+
-
01.10.2018
01.10.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

Son günlərdə DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sa­yə­sində Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti əra­zisində külli miq­dar­da pirotexniki vasitələrin ölkə ərazisinə qaçaq­mal yolu ilə gətiril­məsinin qarşısı alınmış, “Göytəpə” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazilərində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər şəxs saxlanılmışdır. Belə ki,:

-      25 sentyabr tarixində Gürcüstan ilə dövlət sərhədində Ehram ça­yı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 1 ədəd göy rəng­də çəllək aşkar olunmuşdur. Çəlləyə baxış keçirilən zaman 22800 ədəd “Enigma” markalı pirotexniki vasitə aşkar olunmuşdur.

-      21 sentyabr tarixində DSX sərhəd qoşun­larının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığındakı sər­həd zasta­vasının xid­məti sahəsində sər­həd nar­yadı tərəfindən naməlum şəxsin hərəkəti aşkar olunmuşdur. Sər­həd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qal­dırılaraq hadisə yerinə hərəkət edilmiş və Gürcüstan Respubli­ka­sın­dan Azər­baycan Respublikası istiqamətində dövlət sərhədini poza­raq hərəkət edən 1 nəfər şəxs saxla­nılmışdır. Araşdırma zamanı sax­lanılan şəxsin İran İslam Respublikası vətən­daşı,1974-cü il təvəl­lüdlü Şukahi Omid Həmid olması, 17.04.2018-ci il tarixdə “Böyük-Kəsik” SNM-dən Azərbaycan Respublikasında Gürcüstan Respuli­kasına getməsi və 23.04.2018-ci il tarixdə “Şıxlı” SNM-dən GR-AR-ə qayıdarkən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişi qadağan olunduğuna görə geri qaytarıldığı üçün dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi müəy­yən­ləşdirilmişdir. Saxlanılan sərhəd pozucusunun üzə­rin­də ona məx­sus İran islam Respublikası pasportu, şəxsiyyət və sürücülük  vəsiqələri, bank kartı, 429 AZN, 50000 İİR tüməni, 2 ədəd yaddaş kartı, 1 ədəd “İphone-5 S” markalı mobil telefon, 1 ədəd İİR-ə məxsusu sim kart, 1 ədəd əl fənəri, 1 ədəd bıçaq, “powerbank”, geyim əşyaları və ərzaq məhsulları aşkar olun­muş­dur.   

-      26 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində qabaqlayıcı əməliyyat məlumatına əsasən 1 nəfər sər­həd pozucusu saxlanılmışdır. Araşdırma zamanı saxlanılan şəxsin Azərbaycan Respublikası vətən­daşı, Şəmkir rayon sakini 1998-ci il təvəllüdlü Tofiqzadə Pərvanə Elşən qızı olması və İran İslam Respublikası vətəndaşı ilə ailə qurmaq məqsədilə 2017-ci il ilin  dekabr ayında Culfa SNM-dən qanuni yolla İran İslam Res­publikasına getməsi, lakin İİR vətənda­şı­nın həyat yoldaşı və qo­hum­ları onları evdən qovduqları üçün uzun müddət ayrı-ayrı şə­hərlərdə yaşamaları müəyyən edilmişdir. P.Tofiqzadənin verdiyi mə­lumata əsasən ona məxsus olan Azər­baycan Respublikasının ümumvətəndaş pas­portunu ailə qur­duğu İİR vətəndaşı tərəfindən əlindən alındığına görə dövlət sərhədini qanunsuz yolla keçmək məcburiyyətində qalmışdır. Sərhəd pozucusunun üzərində 1 ədəd “Samsunq” markalı mobil telefon, 30 AZN, 1 ədəd hesab kartı, şəxsiyyət vəsiqəsi və 1 ədəd əl çantası aşkar olunmuşdur.

Qeyd edilən faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw