02.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik göstərilmiş, müxtəlif problemlərinin həllinə dəstək verilmişdir.

2018-ci ilin 01 iyul tarixində Cəlilabad rayonunda yerli sakinin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olmuşdur.

Belə ki, həmin tarixdə Cəlilabad rayonu ərazisində Cəlilabad-Göytəpə yolunda sürücünün idarəetməni itirməsi və avtomobi­lin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.

Bu zaman avtomobil yoldan keçən Göytəpə şəhər sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Əlisəfa oğlunu vurmuş, nəticədə piyada ciddi xəsarət almışdır.

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin “Ambulance” tibb avtomobili hərbi hissəyə qayıdarkən yol-qəza hadisəsinin baş verməsini müşahidə etmiş, dərhal hərbi həkim tərəfindən ilkin təcilli tibbi yardım göstərilmiş və piyada Cəli­labad rayon mərkəzi xəstəxanasına çatdırılmışdır. Nəticədə R.Əliyevin hə­ya­tını xilas etmək mümkün olmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi