+
-
27.06.2018
27.06.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-cı ilin iyun ayının 26-da Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi keçirilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə təsadüf edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını böyük iftixar hissi ilə qeyd etmişlər.

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin  birgə tədbirlər planı əsasında hər il ənənəvi olaraq keçirilən “Sərhəd” hərbi-idman oyunlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynadığı xüsusi vurğulanmışdır.

"Sərhəd" hərbi-idman oyununlarına Rеspublikamızın 34 sərhədyanı və digər rayonlarından 178 məktəbin 890 nəfər şagirdi qatılmış və gərgin mübarizə şəraitində keçən oyunların zona yarışlarının qalibi olmuş 10 komanda final mərhələsinə vəsiqə qazan­mışdır.

Oyunların final mərhələsində Naxçıvan MR Babək rayonunun Nehrəm kəndinin 2 №-li tam orta məktəbinin “Babək”, Beyləqan rayonu Araz qəsəbəsinin 1 №-li tam orta məktəbinin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin”, Lənkəran rayonu Haftoni kənd tam orta məktəbinin “Xəzər”, Qəbələ rayonu Vəndam kənd tam orta məktəbinin “Vəndam-1”, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin “Sərhədçi”, Yevlax rayonu 5 №-li tam orta məktəbin “Çeviklər”, Qazax rayonu 1-ci Şıxlı kənd tam orta məktəbin “Dəli Kür”,  Qusar rayonu Yuxarı Zeyxur tam orta məktəbinin “Zeyxur” və Xəzər rayonu 117 №-li tam orta məktəbin “Xəzər” komandaları iştirak etmişdir.

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsində məktəblilər ənənəvi olaraq "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baхışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaхalanması və onun təхliyəsi", "TOZ-8 tüfəngindən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilərək təхliyə olunması" və "Ləpirçilik" mərhələlərində öz bilik və bacarıqlarını nümayiş еtdirəcəklər.

Hərbi-idman oyu­nunun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olacaq, Lənkəran və Astara rayonlarında onlar üçün bir sıra maraqlı eks­kursiyalar təşkil olunacaq, çoxsaylı mədəni-kütləvi tədbir­lər, bilik və idman yarışları keçiriləcəkdir.

 “Sərhəd” hərbi-idman oyu­nları 3 iyul 2018-cı il tarixdə başa çatacaqdır.

                                                            Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw