+
-
15.06.2018
15.06.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan sərhədçiləri “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş gü­nü”nün 25-ci ildönümünü yüksək səviyyədə qeyd edirlər.

14 iyun 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları “Zə­fərə doğru” möhtəşəm bayraq yürüşü ilə Dahi Öndər Heydər Əliyevin uca xati­rə­sinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Azərbaycan Respub­li­ka­sının Prezi­denti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və iftixar hisslərini nümayiş etdirmişlər.

Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçu­ların ailə üzvləri, yerli əhali, o cümlədən Qarabağ qaziləri mü­qəd­dəs, şanlı dövlət bay­rağı­mızı çiyinlərində daşıyan sərhədçilərin əzəmətli yürüşünü böyük ruh yüksəkliyi ilə qarşılamışlar.

Dovlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi his­səsində Döv­lət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik etmiş, xalqın tə­kidilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin sarsılmaz ira­dəsi, əzmi və zən­gin döv­lətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa et­məsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоru­masını, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük fərəh hissi ilə xatır­la­mışdır.

95 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin dövlət sər­hədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inki­şafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sər­həd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayə­sində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­ması xüsusi qeyd olunmuşdur.

Təntənəli düzülüşdən sonra dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qürur mənbəyi olan, 2 km uzunluqda Dövlət Bayra­ğımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissə­dən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakin­lərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilmişdir.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin böyük fəxrlə başları üzərinə ucalt­dıqları müqəddəs dövlət bay­rağımızın tədbirə cəlb olun­muş zirehli döyüş tex­ni­­ka­larının üzərində də dalğalan­ması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm etmişdir.

Yürüş iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpası və Vətənimizin bü­tün sərhədlərinin dövlət bayrağı altında mühafizə altına alınması uğrunda savaşa sərhədçi hazırlığını nümayiş etdirmişlər. Zəfər yürüşünün çoxsaylı gənclər və uşaq­lar tərəfindən böyük çoşqu ilə izlənilməsi, hərbi qulluq­çu­larla tə­masda ol­ma­ları, fotoşəkillər çəkdirmələri vətənpərvərlik ruhunda təşkil olunmuş tədbirin tər­biyəvi əhəmiyyətini daha da artırmışdır.   

“Zəfərə doğru” sərhədçi yürüşü Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət­çi­liyimizi qüdrətləndirəcək və bütün sərhədləri­miz boyu üçrəngli bayrağımızı dalğa­lan­dıracaq böyük zəfərlərin təzahürü olmuşdur.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

 

f tw