+
-
17.05.2018
17.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının təşkilatçılığı ilə 15-18 may tarixlərində Bakı şəhərində keçirilən Ambruaz Pare adına Bey­nəlxalq Hərbi Cər­rahlar Cəmiyyətinin 1-ci Konqresi işini uğurla davam etdirir.

21 ölkədən 156 nümayəndənin iştirak etdiyi konqres çərçivəsində dünya səviy­yəsində tanınmış cərrahların hərbi cərrahiyyə sahəsində yeni innovativ yanaş­malar haqqında çıxışları dinlənilmiş, qabaqçıl təc­rü­bənin öyrənilməsi və tətbiqi məqsədilə geniş fikir mübadiləsi apa­rılmışdır.  

16 may tarixində möhtəşəm “Elite Events Hall” zalında konqres iştirakçı­larının şərəfinə qala gecəsi təşkil olunmuşdur.

Gecədə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, Azər­baycan Res­publikasının əməkdar artisti Nailə Məmmədzadənin rəh­bər­lik etdikləri yaradıcı kollektivlərin çıxışları qonaqların böyük mara­ğına səbəb olmuş və sürəkli alqışları ilə qarşı­lanmışdır.    

Konsert proqramının davamında rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistləri Tural Ağasıyevin və Fəxri Kazım Nicatın, həmçinin Azər­baycan Res­publi­kasının əməkdar artist­i Afaq Abbasovanın, ta­nınmış estrada mü­ğən­­nisi Dilarə Kazımovanın ifasında Azər­baycan və əcnəbi bəstəkar­ların əsərləri qala gecəsini xüsusilə yaddaqa­lan etmişdir.

 

 

                                     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw