+
-
06.04.2018
06.04.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir. 2018-ci ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunmuşdur.

İnterpolun axtarışında olan, həmçinin Azərbaycan Respublikasının hüquq - mü­hafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanıl­mışdır.

Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılmış, onlardan 29 nəfəri Azərbaycan Respublikası vətən­daşı olmuşdur. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Res­publikası ərazisinə gəlmə və ölkə ərazisindən tran­zit istifadə etməklə Avro­pa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınmış, gəlişinin məqsədini izah edə bil­məyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxıl­mamışdır.

Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntə­qə­lərində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İİR vətəndaşı, 2 nəfər Qır­­ğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nə­fər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətən­daşı, 1 nəfər RF vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edil­mişdir.

Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əc­nəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İİR, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılmışdır.

Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədik­lə­rinə görə 27 nəfər Özbəkistan vətən­da­şı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hin­distan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İİR vətəndaşı, 4 nəfər Tacikistan vətən­da­şı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ və­təndaşı, 2 nəfər İraq vətən­da­şı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətən­da­şı, 1 nəfər Konqo vətəndaşı, 1 nə­fər Səu­­diyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya və­təndaşı, 1 nəfər Misir vətən­daşı ölkə ərazisinə buraxılmamışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw