19.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

14 mart 2018-ci il tarixdə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazası və “Sərhədçi” İdman-Olimpiya Mərkəzinə səfər etmişlər.  

17 dövləti təmsil edən 27 nəfər hərbi attaşe heyəti əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində olmuş, SM-nin xidməti-döyüş fəaliyyətinə dair keçirilmiş təqdimatda dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər, həmsərhəd və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Ziyarətçilər bazanın fəaliyyəti və mövcud imkanları, o cümlədən qərargah binası, Birgə Komanda İdarəetmə Mərkəzi, Tədris mərkəzinin xarici dil, dalğıc, baxış qruplarının hazırlanmasl sinifləri, gəmi inşası və təmiri mərkəzində inşa edilmiş sərhəd gözətçi gəmilərinin texniki göstəriciləri ilə tanış olmuşlar. 

“Sərhədçi” İdman-Olimpiya Mərkəzinə səfər zamanı mərkəzin binalar kompleksi, o cümlədən universal zalı, meydançaları, üzgüçülük hovuzu, mehmanxanası və digər maddi-texniki imkanları qonaqlara nümayiş etdirilmişdir.

Ölkəmizin ən böyük və əzəmətli idman qurğularından olan, müasir tələblərə cavab verən mərkəzin 32 idman növü ilə məşğul olmağa, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verməsi, son illərdə sərhədçi idmançıların və paralimpiyaçıların çoxsaylı beynəlxalq və yerli yarışların qalibi və mükafatçısı olması barədə məlumat verilmişdir.    

        

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80