+
-
21.08.2017
21.08.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

18 avqust 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə təsadüf edən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masından danışmış, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə etmişlər.

Sərhədçilər bu il də peşə bayramlarını xidmətdə qazandıqları müsbət nailiyyətlər və yüksək əhval-ruhiyə ilə qarşılayırlar. Bir neçə gün öncə Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin sərəncamı ilə  Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluq­çuları və mülki işçiləri müxtəlif medallarla və fəxri adlarla təltif edilmişlər. Bu ali dövlət  təltiflərini sərhədçilər  böyük ruh yüksəkliyi ilə qarşılamış, yüksək etimad ilə fəxr etdiklərini bildirmişlər.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirak­çılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılmışdır.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqlarını tövsiyə etmişlər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatmışdır.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw