+
-
18.07.2017
18.07.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər.

Sərhədçilərin sayıqlığı sayəsində «Astara» sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır. 16.07.2017-ci il tarixdə İrandan Azərbaycana qayıdan Cəlilabad şəhər sakini 1989-cu il təvəllüdlü Abıyev Səbuhi Zakir oğlunun davranışı şübhə doğurduğundan saxlanılaraq üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı zərurət yarandığından vətəndaşın daxili orqan­ları həkim müayinəsindən keçirilmiş və nəticədə düz bağırsağından narkotik vasitələr olan 242 qram həşiş, 56 qram kokos, 72 qram metamfetamin aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw