+
-
12.07.2017
12.07.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2017-ci ildə yaradılmasının 10-сu ildönümünü qeyd edən Dövlət Sərhəd Xidməti­nin Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlmişdir. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüv­vələrin Ali Baş Koman­danına sədaqəti, savadı və intizamı ilə se­çilən zabitlərin hazırlanması, hərbi qulluqçuların peşəkar hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pe­daqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılmışdır.

İyul ayının 12-də Dövlət Sərhəd Xid­məti Akade­miyasının növbəti məzunlarının təntənəli buraxı­lış mərasimi keçi­rilmişdir. Ənə­nəvi olaraq möhtəşəm Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin koman­dan­lığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qul­luqçuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi na­mi­nə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaq­larına əminliyini bildirmişdir.

Azərbaycan Sərhəd Müha­fizəsinə ali diqqət sayəsində əldə olun­muş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev 05 iyun 2017-сi il tarixdə Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən fərman və sərənсamların imzalanmasının Azərbaycan sərhədçisinə etimadın göstə­riсisi olmaqla yanaşı Dövlət Sərhəd Xidməti üçün yeni və mühüm vəzifələr müəyyən­ləş­dirdiyini qeyd etmiş, əsas tapşırığın ölkə sərhədlərinin tam şəkildə mühafi­zə altına götürülməsi olduğunu vurğulamış, dövlət bayrağımızın qı­sa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dal­ğa­­lanacağına əminliyini ifadə etmişdir.

Akademiyanı bitirən gənc zabitlərə diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçmişlər.

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əli­yevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw