+
-
15.06.2017
15.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyətə Ulu Öndər Heydər Əliyevin xalqımızı vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməsi, Аzər­bаycаn dövlətinin yaranmasında, müstəqilliyimizin qorunub saxlanıl­masındakı müstəsna xidmətləri barədə ətraflı məlumatlar verilir.

İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının rəsmiləri iştirak etmişlər. Əvvəlcə qonaqlar Heydər Əliyev İdeoloji mərkəzi ilə tanış olmuş, Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlar almışlar.

Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə ötən əsrin 90-cı illərində rеspub­likamızın ictimai-siyasi həyatında baş vеrən hadisələri gеniş təhlil еdilərək, məhz Ulu Öndər Hеydər Əliyеvin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına sоn qоyulduğu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlandığı qеyd еdilmişdir. 24 il əvvəl xalqın təkidi və tələbi ilə yеnidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin sarsılmaz iradəsi, əzmi və zəngin döv­lətçilik təcrübəsi ilə qısa zaman ərzində sabitliyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yoluna çıxarması, dövlətçiliyimizin qоrun­masını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsi xüsusilə vurğulanmışdır.

Azərbaycan Sərhəd Mühafizəsinin təşkili və for­ma­laş­ma­sın­da əsas­lı keyfiyyət dəyişik­liklərinin Ulu Öndər Heydər Əliyevin ha­ki­miy­yə­tə qayı­­dışından sonra, onun diqqət və qayğısı nəticəsində mümkün olması, Ulu Öndərin milli inkişaf konsep­siyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respub­likamıza böyük hörmət və nüfuz qazandıran Azərbaycan Respubli­kası­nın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrildiyi qeyd edilmişdir.

Tədbirin sonunda Azər­baycan Respublikasının incəsənət ustaları sərhədçilər qarşısında konsert proqramı ilə çıxış etmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw