+
-
27.03.2017
27.03.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz döv­riy­yəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər.

Sərhədçilərin sayıqlığı sayəsində növbəti dəfə dövlət sərhədinin pozul­masının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Belə ki, 19.03.2017-ci il tarixdə saat 21:48 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilmişdir. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olmuşlar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut  “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülmüşdür.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılmışdır. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                                                                       

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw