+
-
06.03.2017
06.03.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

04 mart 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılmışdır.

Mərasimdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorun­ması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­ması xüsusi qeyd edil­mişdir. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışlar.

Tədbirdə aprel döyüşləri zamanı ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində Lələtəpə strateji ərazisinin erməni işğalından azad edilməsi Sərhəd Qoşunlarının şəxsi heyətində ruh yüksəkliyi yaratdığı və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanmışdır.

Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik еdərək vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw