+
-
27.02.2017
27.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

27 fevral 2017-ci il tarixdə saat 08:00 və 09:15 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən əraziyə baxış zamanı 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunmuşdur.

Minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə məlumat verilmişdir.

Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

 

                                             Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw