+
-
15.11.2016
15.11.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin və Dövlət Sərhədindən Buraxılış Məntəqələrində sərhəd rejiminin təmin edil­məsi  tədbirləri uğurla davam еtdirilir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

08.11.2016-cı il tarixdə “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportic” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstan Respublikasına keçirmək istəyərkən saxlanılmışdır.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                                         

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw