+
-
17.10.2016
17.10.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 17-də Dövlət Sərhəd Xidmətinin Aparatında  Azərbaycan Respublikasının dövlət müstəqil­liyinin bərpasının iyirmi beşinci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və millət vəkili Aydın Mirzəzadə çıxış edərək ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri geniş təhlil etmiş, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əbədiliyinin və dönməzli­yinin təmin edilməsində, ölkəmizin sərhədlərinin etibarlı qorunması istiqamətindəki əvəzsiz tarixi xidmətlərindən ətraflı danışmışlar.

Azərbaycan Respublikasının Pre­zi­den­ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil daxili və xarici siyasət nəticəsində dövlət quruculuğu proseslərinin bütün sahələri üzrə mühüm nailiyyətlərin əldə edildiyi, Azər­bay­canın misilsiz inkişaf yolu keçərək beynəlxalq аləmdə böyük nüfuz qazandığı qürur hissi ilə qeyd olunmuşdur.

Müstəqilliyimizin əsas atributlarından biri olan dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində həyata keçirilmiş böyük quruculuq işləri, maddi-tex­niki bazanın əhəmiyyətli dərəcədə möhkəm­lən­dirilmə­si, yeni alınmış si­lah-sursat, texnika və vasitələrin xid­mətdə müvəffə­qiy­yətlə tətbiqi, Vətən sərhədlərinin toxunulmaz­lığının yüksək səviyyədə təmin edilməsi müstəqillik illərinin uğurları sırasında xüsusi olaraq vurğulanmışdır.

Tədbirdə Dövlət Sərhəd Хidmətinin şəxsi heyətinin Azərbaycan Respublikasının Pre­zi­den­tinə və xalqına həmişə sadiqlik nümunəsi göstərəcəyinə, sərhədçilərin хalqımızın və dövlətimizin qazandığı bütün uğurların, o cümlədən müstəqilliyimizin keşiyində daim layiqincə duracaqlarına qəti əminlik ifadə olunmuşdur.

Tədbir Müstəqillik Gününə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw