+
-
08.08.2016
08.08.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

07 avqust 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Horadiz və Şəki şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı gеnеral-polkovnik Еlçin Quliyеvin təbrik tеlеfonoqramı çatdırılmışdır.

Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü ərəfəsində keçirilən andiçmə mərasimlərində Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masından danışılmış, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilmişdir.

Bu ilin aprel ayında ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş ərazilərin, o cümlədən Lələtəpə yüksəkliyinin yaxınlığında yerləşən Horadiz Sərhəd Dəstəsində keçirilən mərasimdə Sərhəd Qoşunlarının şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin qərb sərhədlərinin də mühafizə altına alınmasının təmin edilməsi uğrunda  savaşa daim hazır olduğu xüsusi vurğulanmışdır.

Tədbirlərdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik еdərək Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırmışlar.

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidləri ilə başa çatmışdır. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw