15.07.2021, 10:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən döv­lət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qa­nunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əmə­liyyat-axtarış fəaliyyətləri davam etdirilir.

Cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd  güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılmışdır.

Bununla yanaşıDövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2021” şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində iyun ayı ərzində Ağstafa, Qazax, Qubadlı, Yardımlı və Xaçmaz rayonlarının sərhədboyu ərazilərində ümumi çəkisi 9 ton 511 kiloqram olan 36 min 125 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək yandırılma yolu ilə məhv olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sindəaxtarışda olan 278 nəfər saxlanılmış, 33 şəxsin sənədlərinin saxtalaşdırılması və 12 şəxsin pas­portunun qeyri-fəal olması müəyyən edilmişdir.

Dövlət sərhədindən buraxılış məntəqələrində ölkədən çıxışına məhdudiyyət tətbiq olunmuş 442 nəfər və ölkəyə girişi qadağan olunmuş 16 nəfər şəxs dövlət sərhədindən buraxılmamışdır.

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi