01.06.2021, 14:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilmişdir.

Sərhəd mühafizə qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin ailə üzvlərinin qatıldığı tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar bayram münasi­bətilə təbrik edilmişlər.

Çıxış edənlər zəngin milli-mənəvi dəyərlərə malik xalqımızın uşaqlara hər zaman qayğı və məhəbbətlə yanaşdığı, uşaqların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən olması qeyd edilmiş, cəmiyyətimizin gələcəyi olan uşaqların yüksək mənəvi-əxlaqi xüsusiyyətləri, intellektual qabiliy­yətləri ilə həm həyatda layiqli yer tutacaqlarına, həm də ölkəmizin inkişafına töhfələrini verəcəklərinə əminlik ifadə olunmuşdur.

Tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən Müharibəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının övladları ziyarət edilmiş, onlara hədiyyələr təqdim edilmiş­dir.

Bayram şənliklərində uşaqların ifa etdiyi şeir və mahnı nümunələri, rəqs nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanmış, cizgi film personajlarının, nağıl qəhrəmanlarının çıxışları uşaqların bayram ovqatını artırmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80