+
-
27.05.2021
27.05.2021, 11:37 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilir.

May ayının 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil edilmiş tədbir dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sü­ku­tla yad etmişlər.

Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və kor­­rupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə çıxış edərək Azərbaycanın dövlətçilik tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmış, xalqımızın milli oya­nı­şının məntiqi yekunu olaraq ilk demok­ratik dövlətin yaranması və İstiqlal Bəyannaməsinin qəbul edilməsi haqqında ətraflı məlumat vermiş, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Аzər­bаycаn Xаlq Cümhuriyyəti dövründə dövlət atributlarının qəbul olunması, Azərbaycan dilinin dövlət dili kimi elan edilməsi, milli ordumuzun yaradılması, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri iftixаr hissi ilə qeyd etmişdir.

Tədbirdə Xalq Cümhuriyyətinin varisi-müasir, müstəqil Azər­baycan dövləti­nin yaranmasında, möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurların Ulu Öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyaların təntənəsi olduğu xüsusi qeyd edilərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük fəxarətlə qeyd olunmuşdur.

Tədbirin sonunda Heydər Əliyev fondunun dəstəyi ilə hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr edilmiş “Son iclas” sənədli filmi nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw