25.05.2021, 14:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafi­zəsinin təmin edilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması istiqamətində fəaliy­yətlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində cari ilin 25 may tarixində Dövlət Sərhəd Xid­məti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verilmişdir.

Bununla əlaqədar keçirilmiş açılış mərasimində çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şö­bənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik etmiş, dənizçi sərhədçilərin bu əlamətdar günü müzəffər Silahlı Qüvvələrimizin Vətən Müha­ri­bə­sində qa­zandığı qələbənin sevinci ilə qeyd etdiklərini vurğulamışdır.

Dövlət Sərhəd Xidmətinin digər hərbi birləşmələri ilə yanaşı, Sahil Mü­hafizəsinin hərbi qulluqçularının də Zəfər savaşında qəhrəmancasına vu­ruş­duqları, 100-dək dənizçi-sərhədçinin yüksək dövlət təltiflərinə layiq gö­rül­məsi qeyd edilmişdir.

Azərbaycanın milli sərhəd strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dəniz sərhədlərinin mühafizə­sin­də əsaslı dönüşün yarandığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu fəaliyyətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoy­duğu, 18 fevral 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi ilə Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması üçün daha geniş imkanların yarandığı, son illər ərzində DSX Sa­hil Mühafizəsinin 12 müasir gəmisinin dəniz kampaniyasına qəbul olunması bildirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Sahil Mühafizəsinin yeni gəmiləri­nə baxış məqsədilə 8 dəfə hərbi hissəyə gəlişinin dəniz sərhədlərinin mü­ha­fizəsi məsələlərinə ali diqqətin ifadəsi olması xüsusi vurğulanmışdır.  

Qısa müddət ərzində səmərəli sərhəd mühafizə sisteminin formalaş­dırılması, zəruri infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü, hazırda DSX Sahil Mühafizəsinin dəniz mühitində is­tənilən çağırışa çevik reaksiya göstərərək Xəzər dənizinin Azərbaycan Res­publikasına aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması, beynəlxalq terrorizmə, kütləvi qırğın silah­ları­nın komponentlərinin qanunsuz yayılmasına, qeyri-leqal miqra­siyaya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək nailiyyətlər əldə etməsi xüsusi vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən “Azərbaycan Xə­zər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yük­sək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi, Müdafiə Nazirliyinin Hərbi-Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər dənizində fəaliyyət göstərən digər dövlət orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə ciddi önəm verilməsi, bu orqanlarla bir­gə fəaliyyət nəticəsində dənizdə təhlükəsizliyin təmin olunması və xidməti tapşırıqların daha effektiv icrası şə­raitinin yaradılması qeyd edilmişdir.   

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq gös­tə­rərək Zəngilanın, Cəbrayılın, Xocəvəndin, Suqovuşanın azad olunma­sında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunmuşdur.

Mərasimdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiy­yətinin sədri Rauf Vəliyevin rəhbərliyi altında heyət iştirak etmiş, cəmiyyətin 4 nəfər əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmişlər.

Açılış mərasimindən sonra tədbir iştirakçıları 2 mərtəbəli binada yara­dılmış şəraitlə tanış olmuşlar. Buradakı xidməti otaqlara, konfrans zalına, tibb otağına, yeməkxanaya, eləcə də şəxsi heyət üçün yaradılmış istirahət otaq­larına, idman meydançasına, dənizçi sərhədçilərin istifadəsində olan xüsusi müşahidə, aşkaretmə, rabitə və s. texniki avadanlıqlara baxış keçirilmişdir.

 

 

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80