+
-
07.12.2020
07.12.2020, 10:15 - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Xidmətinin Akademiyasına QƏBUL ELAN EDİR

Qəbul  “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi”
ali təhsil ixtisasları üzrə aparılacaqdır.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

 Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • ərizə;
  • anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
  • tərcümeyi-hal;
  • özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
  • attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti  və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
  • orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;
  • yaşayış yerindən arayış;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
  • (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

 Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

            Hərbi xidmətdə olmayanlar üçün –

  • 2021-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

            Hərbi xidmətdə olanlar üçün –

  • DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

           

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

 Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxın­lıqda yerləşənhərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim edilməlidir.

 Əlaqə nömrələri:  012–372–16–20 / 012-493-62-47

 Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir.

 Ərizə nümunələri:

Dövlət Sərhəd Xidmətinin rəisi 

general-polkovnik E.Quliyevə

______________rayonu,_____________

kəndində yaşayan_______ oğlu tərəfindən

 

Ə R İ Z Ə

 

Mənim Dövlət Sərhəd Xidmətinin Akademiyasına 1-ci qrup “Dəniz naviqasiyası mühəndisliyi”  ixtisası üzrə qəbul edilməyim üçün qəbul imtahanlarında iştirak etməyimə icazə verməyinizi xahiş edirəm.

Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirdikdən sonra Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazıram.

 

 

Əlaqə telefon nömrəsi:    şəhər/rayon     -  012 ... .. ..

                                            mobil               -  050 ... .. ..

                                            ehtiyat mobil   -  055 ... .. ..

 

 

 

İmza:           Ad, soyad                                                                                 

Tarix:

 

               

Dövlət Sərhəd Xidmətinin rəisi 

cənab general-polkovnik E.Quliyevə

______________rayonu,_____________

kəndində yaşayan_______ oğlu tərəfindən

                                                 

 ƏRİZƏ

Mənim Dövlət Sərhəd Xidmətinin Akademiyasına 1-ci qrup “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə qəbul edilməyim üçün qəbul imtahanlarında iştirak etməyimə icazə verməyinizi xahiş edirəm.

Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirdikdən sonra Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazıram.

 

 

Əlaqə telefon nömrəsi:    şəhər/rayon     -  012 ... .. ..

                                            mobil               -  050 ... .. ..

                                            ehtiyat mobil   -  055 ... .. ..

 

 

İmza:           Ad, soyad                                                                                  

Tarix:

f tw