22.08.2020, 10:29 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

17 avqust tarixdə, saat 11:25 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz halda bağlama aşkarlanmışdır. Bağlamaya baxış zamanı ümumi çəkisi təxmini 2 kiloqram 140 qram narkotik vasitə (1 kq 40 qr “heroin”ə və 1 kq 100 qr “metamfetamin”ə) oxşar maddələraşkar olunaraq götürülmüşdür. 

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

  Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

  • 80
  • 80