+
-
16.06.2020
16.06.2020, 13:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2020-ci ildə yaradılmasının 13-сü ildönümünü qeyd edən Dövlət Sərhəd Xidməti­nin Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəs­sisəsi səviyyəsinə yüksəlmişdir. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan döv­lət­çiliyinə sədaqətli, peşəkar sərhədçi zabit­lə­rin hazır­lanması, hərbi qulluq­çuların döyüş hazırlı­ğı­nın təkmilləşdiril­məsi, döv­lət sərhədinin mü­ha­fizəsi və hərb sahəsində elmi tədqiqat­la­rın aparılması üçün mükəm­məl elmi-pe­daqoji potensial və ən yüksək stan­dartlara cavab verən maddi-texniki baza for­ma­­laşdırılmışdır.

İyun ayının 16-da Dövlət Sərhəd Xid­məti Akade­mi­yasının növbəti məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilmişdir.

Dövlət Himninin ifası ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliye­vin dövlət sərhəd­lərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin forma­laş­ması və inkişafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyən­ləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti cə­­nab İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçiril­məsi sa­­yəsində ölkəmizin sərhəd təhlükə­siz­liyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilmişdir.

Milli sərhədçi kadrların hazırlan­ma­sına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ildə DSX Akademiyasının açılış mərasimindəki çıxışında sərhədçilər qarşısında qoyduğu - şəxsi heyətin döyüş və peşəkar hazır­lığının güc­lən­­dirilməsi, bilikli, savadlı və vətənpərvər, Azərbaycan dövlətçiliyinə sa­diq za­bitlərin yetişdirilməsi kimi tapşırıqların ən yüksək sə­viyyədə icra olun­duğu, görülmüş tədbirlər nəticəsində Dövlət Sərhəd Xidmətinin Aka­demiyasının təkcə ölkəmizin deyil, regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəs­­sisə­lərindən birinə çevrilməsi qürurla vurğulan­mış­dır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəx­si heyətə çatdırılmış, dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olu­na­­caq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağı, Heydər Əliyev dövlətçiliyinin əs­gə­ri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstə­riş­lərini ən yüksək səviyyədə icra etməyə daima hazır olmaları xüsusi vurğu­lanmışdır.

DSX Akademiyasını bitirən leytenantlara diplomlar təqdim olunmuş və gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul etmişlər.

Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önün­dən keçmişlər.  

 

 

                                                    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw